QLOBALLAŞMA VƏ FÖVQƏLADƏ HALLARIN TƏSNİFATI

“Fövqəladə hallar” anlayışının müxtəlif tərifləri vardır. Fövqəladə hallar ən çox müəyyən ərazidə akvatoriyada və ya müəyyən obyektdə insanların normal həyat və fəaliyyətini qəza, təbii yaxud ekoloji fəlakət, epidemiya, epizootiya, epiftatiya, həmçinin hərbi qüvvələr tərəfindən material və insan tələfatına gətirib çıxaran və ya çıxara bilən pozulmalar kimi  qiymətləndirilir.

Fövqəladə hadisələrin qiymətləndirilməsinə eyni cür yanaşmaq və onlara qarşı adekvat tədbirlər görmək üçün fövqəladə hadisələr tiplərinə, növlərinə, miqyasına, nəticələrin ağırlığına və s. əlamətlərinə görə təsnif edilir.  Lakin fövqəladə hadisələr ilk əvvəl münaqişəli və münaqişəsiz fövqəladə hadisələr kimi növlərə ayrılır. Münaqişəli fövqəladə hadisələrə hərbi toqquşmalar, ekstremist siyasi mübarizə, sosial partlayışlar, milli və dini münaqişələr, terrorizm, cinayətkarlıq və s. aiddir.  Münaqişəsiz fövqəladə hadisələrin isə daha çox təbii, texnogen və ekoloji xarakterli növləri nəzərə çarpır. Təsir dairəsinə görə və nəticələrin ağırlığı üzrə  fövqəladə hadisələr lokal (qismi), obyekt səciyyəli, yerli, regional, milli və ya qlobal xarakterli ola bilər. Lokal (qismi) fövqəladə hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır. Obyekt miqyaslı fövqəladə hadisələr təsir dairəsi isə sənaye obyektlərində, binalarda və ya qurğu hüdüdunda məhdudlaşır. Yerli fövqəladə hadisələr yaşayış məntəqəsi, ayrıca bir şəhər, kənd təsərrüfatı obyektləri hüdudunda baş verir. Regional fövqəladə hadisələr şəhər, şəhərətrafı ərazi, bir neçə sənaye və kənd təsərrüfatı rayonnu hüdudları daxilində baş verir. Milli fövqəladə hadisələr müəyyən bir respublika ərazisinin xeyli hissəsində tüğyan edir. Qlobal fövqəladə hadisələrə isə eyni regiona aid bir neçə respublika ərazisinə yayılan və öz təsirini göstərən fövqəladə hallar aid edilir.

Yaranma səbəblərinə görə isə fövqəladə hadisələr texnogen, təbii, ekoloji və sosial – siyasi mənşəli  fövqəladə hadisələr kimi təsnif edilir. Fövqəladə hadisələr dolayı iqtisadi zərəri – zədələnən və onların işi ilə bağlı kooperasiyada olan müəssisələr dayanarkən məhsul istehsalının azalması və işçilərin xilasetmə işlərinə cəlb edilməsi ilə əlaqədar olaraq məhsulların maya dəyərlərinin artması və bu kimi analoji cavab reaksiyalarının verliməsi ölkə daxilində iqtisadi və sosial vəziyyətin pisləşməsi, bir çox hallarda isə ağırlaşması ilə nəticələnə bilir. Təbii fövqəladə hallar baş verən zaman itkilərlə və müdafiə tədbirləri ilə əlaqədar məlumatlar və ya məlumatlandırıcı broşurların çapı isə zəruridir.

About these ads

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: