“İNFORMASİYA CƏMİYYƏTİ” ANLAYIŞININ ƏSAS MƏZMUNU

Muasir dovrdə İKT cəmiyyətin inkişafına təsir göstərən vacib amillərdən birinə çevrilmişdir. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir informasiya texnologiyaları, ictimai həyatın informasiyalaşdırılması prosesi kimi reallaşır. Formalaşan informasiya dünyası daha çox insanı əhatə edərək cəmiyyəti daha da inkişaf etdirir, ilk növbədə münasibətlərin forması və məzmunu dəyişir. İnformasiya cəmiyyəti quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi, bütövlükdə ictimai həyatın demokratikləşməsi ücün güclü vasitədir.

Hazırda ictimai şüurda İKT-dən biznesdə, siyasətdə, idarəetmədə, səhiyyədə, mədəniyyətdə, elmdə, təhsildə, sənayedə və digər sahələrdə istifadə məsələlərinin aktuallığı və zəruriliyi tam qəbul olunmuşdur. İndiki dövrdə məlumat almaq imkanı güclü olan vətəndaş cəmiyyətinin qurulması gələcək bəşər sivilizasiyasına doğru mühüm bir addımdır. Hazırda İKT-dən geniş istifadə hər bir ölkənin sosial-iqtisadi inkişafına kömək edir və yoxsulluğun azaldılmasında səmərəli vasitəyə cevrilir. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir. Cəmiyyətin informasiyalaşdırılması ölkə iqtisadiyyatının bütün sahələrində səmərəliliyin artırılmasına, qiymətlərin azaldılmasına, dövlət orqanlarında elektron sənəd mübadiləsinin, elektron ticarət sistemlərinin tətbiqinə, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə küməklik güstərəcəkdir. Azərbaycanın iqtisadiyyatında İKT, bilik tutumlu istehsal sferaları və digər elmi-texniki sahələr inkişaf edərək respublikada İnformasiya cəmiyyətinin və bilik iqtisadiyyatının formalaşmasına zəmin yaradaraq cəmiyyətin sosial-iqtisadi həyatının bütün sahələrinin dinamik və davamlı inkişafını təmin edəcəkdir. Kurikulumda bu məzmun xətti nəzərə alınmaqla şagirdlərin informasiyalaşdırılmış fəaliyyət sahələrindən gündəlik istifadə etmələri, həmin proseslərin iştirakçısı olmaları, informasiyalaşdırılmaqla bağlı dəyişən və yeniləşən ictimai-siyasi, sosial- iqtisadi, mədəni münasibətləri anlamaları təmin edilir. Şagirdin cəmiyyətdə normal fəaliyyəti üçün müxtəlif tipli və xarakterli informasiya resurslarını əldə etməsinə və Internetin xidmətlərindən geniş istifadə edə bilməsinə yardım göstərilir və şərait yaradılılır. Şagirddə informasiya mədəniyyəti vərdişləri formalaşır. Onun cəmiyyətin tarixən formalaşması, inkişaf etməsini informasiya emalının sürətliliyi baxımından dərk etməsinə köməklik göstərilməlidir.

Bu məzmun xətti həm də şagirdə yüksək texnologiyaladan istifadənin səmərəliliyi, imkanları, perspektivliyi, hansı müsbət və ya mənfi nəticələrə səbəb ola biləcəyi ilə bağlı keyfiyyətlərin aşılanmasına imkan yaradır.

About these ads

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: